BMT-nin maşını Qaxda qəzaya düşdü, yaralılar var - FOTOLAR

ÖLKƏ
19:57 / 12.10.2021
1208

Qaxda minik avtomobili motosikletlə toqquşub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə axşam saatlarında Qax rayonu ərazisində baş verib.

Belə ki, Qaxdan Zaqatala rayonu istiqamətində hərəkətdə olan “Toyota” markalı minik avtomobili motosikletlə toqquşub.

Nəticədə motosikletdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, minik avtomobili BMT-nin Azərbaycandakı Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

0