Aparıcı Leyla Mustafayevanın başına iş gəlib.
Leyla Axşam.az-a açıqlamasında bildirib ki, yıxılıb və boynu zədələnib:
"Çəkiliş zamanı yıxıldım, boynum az qalsın sına. Yırtıqla xilas oldum. Hazırda yaxşıyam".
Qeyd edək ki, Leyla tamaşaçılara "Ənənə boğçası" proqramından tanışdır.