"Zəfər zirvəsi" ödül gecəsi keçirildi - FOTOLAR

ÖLKƏ
13:35 / 26.11.2021
1052

22 noyabr tarixində Hilton hoteldə, Ləman Mirtalıblının başçılığı altında olan "MİRTALIBLI" qrup 44 günlük qələbə gününün şərəfinə “ZƏFƏR ZİRVƏSİ” ödül gecəsi təşkil edib.

Tədbirdə iştirak edən qazilər və xeyriyyəçilər çıxışlarında qürurla bildirdiblər ki, 30 ilə yaxın erməni qəsbkarlarlarının işğalı altında olan torpaqlarımızın azad olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində böyük igidlik və şücaət göstərən ordumuz gücünü bütün dünyaya göstərdi və hər zaman da göstərməyə hazırdır.

Tədbir iştirakçıları ölkəmizdə şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya, hərtərəfli dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirdə bir Azərbaycanın bir çox məşhurları, habelə türkiyəli musiqiçi Petek Dinçöz də iştirak edib. 

0