Modul tipli xəstəxanalar fəaliyyətinin dayandırdı: Pandemiya bitir? - İnfeksionist

11:43 / 30.03.2022
971

"May ayında virusun aktivləşmə ehtimalı var”.

Bunu Qaynarinfo-ya açıqlamasında infeksionist Namiq Nəbiyev bəzi pandemiya müəssisələri və modul tipli xəstəxanaların fəaliyyətinin dayandırılması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
 
Namiq Nəbiyev xəstəxanaların ləvğ olunmadığını vurğulayıb:

"Sadəcə, modul tipli xəstəxanaların işçiləri öz iş yerlərinə qaytarılır. Allah göstərməsin, sabah yenidən nəsə baş verərsə, təbii problemlər olsa, onlar yenidən həmin xəstəxanalara ezam olunacaqlar”.

Namiq Nəbiyev  ÜST-ün dünyada koronavirusdan ölənlərin sayı bir həftə ərzində 43% artması ilə bağlı məlumatına da münasibət bildirib: "ÜST düz deyir, son zamanlar ağırlaşmalar da var. İndi həmin xəstəxanalar təmizlənəcək, hazır vəziyyətdə qalacaq”.

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, koronavirusa yoluxma sayında müşahidə edilən azalma ilə əlaqədar olaraq Azərbaycanda bəzi pandemiya müəssisələri və modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb.

0