Müharibə iştirakçısı olan direktor qəfil vəfat etdi - FOTOLAR

ÖLKƏ
10:33 / 23.11.2023
391

Saatlı rayon Əhmədbəyli kənd orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Eldost Azayev qəfil dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, 44 yaşlı direktor ötən gecə yaşadığı evdə vəfat edib.

Qeyd edək ki, Eldost Azayev Vətən müharibəsinə könüllü yollanıb və döyüşlərdə leytenant kimi iştirak edib. Ona müharibənin gedişində baş leytenant rütbəsi verilib. E.Azayev Vətən müharibəsindən sonra Qubadlının və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif edilib. Onun qardaşı, jurnalist Vüsal Azayev də Vətən müharibəsində könüllü iştirak edib.

1