Rusiya daha bir azərbaycanlı haqqında beynəlxalq axtarış elan edib.
Rusiya hüquq-mühafizə orqanları 35 yaşlı Rasim Babayevin tutulması üçün qırmızı bülletenlə İnterpola müraciət edib.
R. Babayev terror təşkilatının fəaliyyətinin təşkili və bu təşkilatın fəaliyyətində iştirak, habelə qeyri-qanuni silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilir.
R. Babayev Şabran rayonunun Yenikənd kəndində anadan olub.
Qeyd edək ki, dünən Rusiya hüquq-mühafizə orqanlarının terror qruplaşmalarında iştirakda təqsirləndirilən azərbaycanlı qadını beynəlxalq axtarışa verməsi barədə xəbər vermişdik.//Lent.az
![](http://cdn.qaynarinfo.az/2023-12/046898e3c03a5683c307c387cafb8a89whatsapp-image-2023-12-08-at-13-36-15_1702028229-jpeg.jpeg)