Hepatit A virusunun yayılmasına səbəb nədir?

ÖLKƏ
16:51 / 19.01.2024
312

Məlum olduğu kimi, Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında yoluxucu Hepatit A virusu yayılıb.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin yaydığı məlumata görə, “Azərsu” ASC-nin mütəxəssisləri ilə birgə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə üsullarının tətbiqi ilə monitorinqlər keçirilir.

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a bildirib ki, bu xəstəlik  virus hava-damcı yolu ilə insandan-insana keçir:

 “İnfeksiya üzü, göz dibini sarıya boyadığına görə o, sarılıq adlanır. Hepatitlərin digər növü B, C, D, E əmələ gəlməzdən qabaq Hepatit A virusu, yəni infeksion sarılıq zaman-zaman insanlar arasında yayılır. Məlumat üçün deyim ki,  Hepatit A-nın vaksini var. İnsanlara da tövsiyə olunur ki, fərdi olaraq vaksin vurdursunlar. Onu da nəzərə almaq lazımdır ki, Hepatit A qaraciyəri zədələyən virusdur. Bu səbəbədən də xəstəliyə ciddi yanaşmaq lazımdır. Xəstə müalicə olunana qədər yataq rejimində olmalıdır. Qara ciyərə yük olacaq yağlı, ədviyyatlı qidalardan çəkinmək lazımdır. Ən əsası xəstə uşaqlara tövsiyə etmək lazımdır ki, məktəbə getməsinlər, evdə müalicə olunsunlar".

Sevinc

0