İnfeksionistdən olay açıqlama: "Hazırda "X" xəstəliyi yoxdur, amma..."

ÖLKƏ
12:13 / 23.01.2024
354

"Son zamanlarda adını çox eşitdiyimiz "X" xəstəliyi hazırda mövcud deyil". 

Bu sözləri infeksionist Mərdan Əliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu, məlum olan bir xəstəlik deyil:

"Ona görə də sözügedən xəstəliyə "X" adını veriblər. Əslində hazırda belə bir xəstəlik yoxdur. Amma gələcəkdə ola bilər. Kommunikasiyaların çox inkişaf etdiyi bir dövrdə belə bir xəstəliyin meydana gəlməsi və dünyaya yayılması ehtimalı var. 

Artıq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu barədə ölkələrə xəbərdarlıq edib. Yəni bildirilib ki, belə bir epidemiya olacağı təqdirdə ona hazırlıqlı olmaq lazımdır. Çünki koronavirusda olduğu kimi hazırlıqsız yaxalansaq nəticələri daha ağır ola bilər".

342290

Həkim qeyd edib ki, ətrafımızda xüsusi viruslar var:

"Hətta onların bəzilərinin öldürücülük qabiliyyəti koronavirusdan 10 dəfə artıqdır. Yəni insanlar həmin viruslara yoluxa və bu, epidemiyaya səbəb ola bilər. Amma gələcəkdə virus və ya bakterial infeksiyaların yayılma riskinə hazır olmaq üçün xəbərdarlıqlar olunur. 

Gələcəkdə baş verə biləcək pandemiyanın qarşısını almaq üçün bu anlayış ortaya atılıb. Sadəcə olaraq Ümumdünya Səhiyyə Təşkilatı gələcəkdə belə bir pandemiyanın ola biləcəyini proqnozlaşdırıdığı üçün ölkələrin indidən buna hazırlıqlı olmaları ilə bağlı xəbərdarlıq edir".

Pərviz

0