Saçlarda kəpək problemi

ÖLKƏ
21:17 / 21.02.2024
309

Kəpək saçlı dərinin en çox rast gəlinən, həm qadınların, həm də kişilərin saçla bağlı yaşadıqları ortaq problemlərdən biridir.

Trixoloq həkim Aynurə Həsənova Hit.az-a şərhindı deyib ki, psoriaz xəstəliyi saçlarda kəpəklənmə verən ən önəmli dəri xəstəliklərindən  biridir. 

Dəridə və saçlarda pullanma yaratdığı üçün buna pullu dəmrov xəstəliyi də deyilir. 

Belə xəstələrdə sadəcə, saçlı dəridə qabıqlanma yaranmır:

"Eyni zamanda başda şiddətli qaşıntı və qızartı da özünü göstərə bilər. Başda psoriaz bəzi xəstələrdə ənsə nahiyyəsindən başlayır. Lakin bəzilərində saçın ön hissəsində qabıqlı qızartılar meydana gəlir. Digər xəstələrdə saş tökülməsi problemi də əlavə oluna bilər. Kəpək saç köklərinin ölü dərisinin pul-pul tökülməsidir. İnsan bədəni daima ölü hüceyrələr atır və bu da təxminən 24 gündən bir özünü yeniləmək anlamına gəlir. Baş dərisindəki ölü dəri hüceyrələrinin vaxtından əvvəl anormal hal kimi quruyaraq, baş dərisindən atılması vəziyyətinə kəpək deyilir. Ölmüş dəri hüceyrələri baş dərisinin səthində toplanması nəticəsində saçlar normal "nəfəs almadığına" görə zəifləyir, qırılır və tökülməyə başlayır”.

Sevinc

0