Cüzam xəstəxanasına xəstə adı ilə sağlam adamlar yerləşdirilib?

19:11 / 28.02.2024
412

Respublika Cüzam Xəstəxanası ilə bağlı yeni məlumatlar əldə etmişik. 

Hit.az-a daxil olan məlumatlarda iddia olunur ki, bir müddət əvvəl baş həkim Vidadi Əliyev 3 nəfəri cüzam xəstəsi adı ilə xəstəxanaya yerləşdirib. 
Cüzamlı xəstələr yaxınlarına bildirib ki, yeni gələn 3 nəfər əslində xəstə deyil. Vidadi Əliyevin onları xəstəxanaya yerləşdirməsi süni şəkildə xəstə sayının artırılmasına xidmət edir. 

Məlumatla bağlı xəstəxananın mövqeyini öyrənmək mümkün olmayıb. 

Xatırladaq ki, bundan əvvəl də cüzam xəstələrinin yaxınları Vidadi Əliyevin fəaliyyətindən narazılıq edib. Onların iddiasına görə, baş həkim xəstəxananı şəxsi təsərrüfatı kimi idarə edir. Xəstələrlə maraqlanmır. Xəstələr tibb bacılarının ümidinə qalıb. 

Anar

 

0