Generalın sərbəst mühakiməsinə razılıq verilmədi

14:51 / 29.02.2024
201

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, general Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, general Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasa istintaq təcridxanasından onlayn qatılır.

Hazırki mərhələdə şahidlər dindirilir. Şahidlər əsasən ədliyyə qurumlarında işə düzəlmək üçün rüşvət verdiklərini deyirlər. Təqsirləndirilən şəxs isə barəsindəki ittihamlarla razılaşmır.

General müttəhim artıq 13 aydır həbsdədir. Bugünkü iclasda onun vəkili seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini, sərbəst mühakimə edilməsini istəyib. Vəkil vəsatətini müvəkkilinin bəlli yaşayış yerinin olması və istintaqdan yayınma ehtimalının görünməməsi ilə əsaslandırıb.
Ətraflı

Hüseyn Məmmədovun sədrlik etdiyi hakimlər heyəti isə generalın həbsdən azad edilməsini uyğun hesab etməyib. 

Proses martin 18-i şahid ifadələri ilə davam edəcək.

Qeyd edək ki, general-mayor Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. O, yarım milyona yaxın məbləği rüşvət qismində almaqda ittiham edilir. 

0