Oruclu insan ancaq yatmalıdır?

ÖLKƏ
18:47 / 01.04.2024
204

Ramazan ayında oruc tutan insanlar aclıq və susuzluğu hiss etməmək üçün gün ərzində bəzən çox yatırlar.

Gün ərzində çox yatmaq orucu pozurmu? 

İlahiyyatçı Cəmişid Əliyev Hit.az-a deyib ki, İslamda orucluq vaxtı yatmaq qadağası yoxdur:

"Ramazanda çox yatmaq orucu batil etmir. Ancq buna baxmayaraq, gün ərzində çox yatmamaq daha doğru olar. Unutmaq lazım deyil ki, Ramazan ayı müxtəlif imkan və fürsətlərin yarandığı bir aydır. Ramazan Allahın müsəlmanlara açdığı əlavə kreditdir. Günahların bağışlanmasına, savabların artmasına və s. Elə insanlar var ki, aclığı və susuzluğu hiss etməmək üçün yatmağı düzgün sayır. Ancaq oruc tutan şəxs günü yatmaqla yola verməməlidir”.

Sevinc

0