Taleh Qaraşov onu birinci müavin təyin etdi - Aqil Dadaşov isə müavin oldu

ÖLKƏ
13:28 / 08.04.2024
450

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birinci müavin təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, icra başçısı Taleh Qaraşovun müaviq əmri ilə Başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mikayıl Babək oğlu Cəfərzadə vəzifəsindən azad edilib. 

Digər əmrlə Mikayıl Cəfərzadə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub. 

İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdrılması şöbəsinin müdir müavini Aqil İlqar oğlu Dadaşov isə vəzifəsindən azad edilərək, Başçınınmüavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun birinci müavini Möhübbət Babayev bu ilin fevral ayında vəzifəsindən azad olunub. 

1