Genetik analizin qiyməti neçəyədir?

ÖLKƏ
19:40 / 08.04.2024
233

Azərbaycanda genetik xəstəlikləri öyrənmək üçün bir neçə özəl xəstəxanada genetik analiz aparılır. 

Bəs bu analiz nəyə yarayır və onun qiyməti neçəyədir?

Hirt.az-ın sualını cavablandıran həkim genetik Tahir Xeyrulla bildirib ki, ölkədə bu analizlərin qiyməti standart deyil:

"Genetik analizlərin növü də çoxdur, ona görə, sual konkret qoyulmalıdır. Xəstəyə hansı genetik analiz təyin edilməsini isə həkim  genetik müəyyən edir. Özəl klinikalarda analizlərin qiyməti 3000 manatdan 7000 manata qədər dəyişir. Çox zaman ailələrin bu analizi qarşılamağa imkanı olmur, dövlət bu analizləri sığortaya almayıb. Amma faydalı analizlərdir, hətta evlənməmiş cütlüklərin belə gələcək uşaqlarında hansı xəstəliklərin ortaya çıxa biləcəyini aşkarlamağa kömək edir".

Deyə bilərsiz, analizlərin hansı növləri var?

“Bu analizlərin müxtəlif növləri var. Məsələn, abort materialından, dölyanı mayedən, periferik qandan xromosom analizi, həmçinin, istənilən genin nukleotid düzülüşü, mutasiya analizlləri, sitogenetik və molekulyar analizlər yoxlanılır. Gen xəstəliklərinə və mikrodelesiya sindromlarına aid mutasiyaların aşkarlanmasında bir çox fərqli molekulyar genetik üsullardan istifadə olunur. Bu analizlər sağlam bir nəslin yetişməsi üçün vacib amildir”, deyə həkim qeyd edib.

Murad

0