İmtahan öncəsi streslə necə mübarizə aparılmalı?

ÖLKƏ
19:05 / 08.04.2024
1005

Abituriyentlərin imtahan təlaşı davam edir. Bu təlaş, həyacan imtahan nəticələrinə təsir edir. 

Abituriyentlərin, yeniyetmələrin imtahan həyəcanını dəf etməsi üçün çıxış yolu varmı?

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, abituriyentlərdə stres daha çox onlardan tələb olunanları doğrulda bilmədikləri zaman baş verir. Söhbət imtahana yaxşı hazırlaşan abituriyentlərdən gedir:

"Valideyin istəyir ki, övladı yüksək bal toplasın. Bu, şübhəsiz abituriyentin də istəyidir. Stres faktoru da artıq özünü bu hallarda və buraxılış imtahanlarına az vaxt qalanda göstərir. Çalışmaq lazımdır ki, ailədə gərginlik olmasın. Ailə mənəvi dayaq olmalı, uşaqda özünəinam hissini gücləndirməlidir. İmtahan verərkən nəticəni düşünmək, fikrin yayınması səhvlərə yol açır. Abituriyentlərin imtahana hazırlıq prosesində daha doğru yanaşma onlara psixoloji dəstəyin göstərilməsidir. Təbii ki, ailənin dəstəyi də əsasdır".

Sevinc

0