Uşaqlarda arasında vərəm xəstəliyi artıb

ÖLKƏ
19:59 / 17.04.2024
177

Azərbaycanda da xeyli sayda insanın yoluxduğu vərəm xəstəliyi artıq uşaqlar arasında da geniş yayılmaqdadır.

Pediatr Mətanət Əliyeva Hit.az-a şərhində deyib ki,vərəm xəstəliyini törədən vərəm çöpləridir:

"Xəstəlikdən qorunmaq üçün ilk növbədə vaxtlı-vaxtında həkim müayinəsindən keçmək mütləq şərtdir. Aşağı tənəffüs yollarında hər hansı bir xəstəlik – məsələn, bronxolit, yaxud müxtəlif öskürək kimi xəstəliklər müşahidə edildiyi zaman vaxtında və düzgün tədbirlər həyata keçirilməlidir. Bəzən düzgün edilməyən müalicə, yaxud səhv diaqnoz sonra vərəmə gətirib çıxara bilir. Xəstəliyin yaranma səbəblərindən biri də düzgün olmayan həyat şəraitidir. Evlərin, ofislərin işıqlanmaması, yaxşı qidalanmamaq vərəmin inkişafına şərait yaradır. Uşaqlar məktəb və bağçalarda, yəni kollektivdə olduğu zamanlar digərləri ilə sıx ünsiyyətdə olurlar. Ona görə də azyaşlı uşaqların ciyərləri 6 aydan bir mütləq rentgen etdirilməlidir. Bəzən həkim müayinəsi zamanı simptomlar aşkar edilmir. Çünki həkim ona qulaq asan zaman xırda ocaqları eşidə bilmir. Problemlər ilkin mərhələdə yuxarı paylardan başlayır və aşağıya doğru düşür. Ən yaxşısı profilaktik, diaqnostik üsullardır. İldə bir, yaxud iki dəfə döş qəfəsi, ciyərlər mütləq rentgendən keçirilməlidir. Bu xəstəliklərdən qorunmağın ən yaxşı yolu məhz budur. Vaxtında və düzgün qoyulan diaqnoz xəstəliyin müalicəsi zamanı bizə xeyli kömək edir. Bütün xəstəliklər vaxtında diaqnoz qoyulanda müalicə edilir. Vərəm tam sağala bilən xəstəliklər qrupuna aiddir”.

Sevinc

0