İqlim dəyişikliyinin əsas fəsadları nələrdir?

ÖLKƏ
10:17 / 19.04.2024
569

"Ötən ilin 70-ci illərindən etibarən dünyada ciddi iqlim dəyişiklikləri hiss olunmağa başlayıb". 

Bu sözləri “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında deyib. 

O qeyd edib ki, daha sonra bununla bağlı proqnozlar da verilməyə başlanıldı:

"Ötən əsrin 90-cı illərində isə iqlim dəyişiklikləri ilə bağlı Yaponiyada Kioto sammiti keçirildi. Bu, ilk beynəlxalq iqlim dəyişikliyi konfransı idi. Orada havanın temperaturunun normadan 1,5 dərəcə qalxmaması üçün tədbirlər görülməsi ilə bağlı ilkin razılıq əldə olundu. Bir çox ölkələr kimi Azərbaycan da bunu sonradan ratifikasiya etdi. 

Amma Donald Trampın prezident olduğu dönəmdə ABŞ bu iqlim sazişindən çıxdı. Bu da dünyada bir qədər çaxnaşma yaratdı. Ancaq sonradan Co Bayden hakimiyyəti bu işə dəstək verdi. Bu gündə dünyada iqlim dəyişikliyinin qarşısının alınması üçün çalışılır". 

Müsahibimiz iqlim dəyişikliyinin səbəblərindən də bəhs edib:

"Sənayeləşmə, kömürün istifadə olunması və karbondioksitin artması iqlim dəyişikliyinin əsas səbəbləri sırasındadır. Atmosferdə karbondioksitin səviyyəsi yüksəldikcə quraqlaşma gedir, yağıntıların miqdarı dəyişir, Yerə gələn Günəş enerjisinin torpaq səthində udulması prosesi sürətlənir. Əslində, gələn Günəş şüaları geri dönməlidir". 

348177

Qorxmaz İbrahimli iqlim dəyişikliyinin yarada biləcəyi fəsadlardan da söz açıb:

"İnsanların fəaliyyəti və atmosferə atılan tullantıların nəticəsində iqlim dəyişikliyi yaranmağa başlayıb. Əgər havanın temperaturunun yüksəlməsi daha 1,5 dərəcə artsa, dünya okeanında suyun səviyyəsi də yüksələcək və buzlaqlar əriyəcək. Həmçinin, quraqlıq olacaq və havalar anomal keçəcək. Lakin bu, hər yerin səhralaşacağı da demək deyil. İqlim dəyişikliyi anormal yağışlara da səbəb ola bilər. Hətta yayda da qar yağa bilər.  

Ümumiyyətlə, atmosferdə karbondioksitin yüksəlməsinin əsas səbəbkarı ABŞ, Rusiya Çin və Hindistan böyük sənaye dövlətləridir. Belə dövlətlər iqlim dəyişikliyinə mənfi mənada çox ciddi təsir edirlər. Ona görə də həmin dövlətlər texnologiyalarını dəyişməlidirlər və metal əritmədə kömürdən istifadəni dayandırmalıdırlar".

Pərviz

0