Məktəb direktorların son yaş məhdudiyyəti neçədir?

ÖLKƏ
22:16 / 12.06.2024
577

“Azərbaycanda işçilərin yaş məhdudiyyəti 65-dir. Ancaq burda bəzi istisnalar var. Bu istisna təhsil sahəsində çalışanlara aiddir”. Bu sözləri Hit.az-a təhsil sahəsi üzrə ekspert Elmin Nuri deyib.

O bildirib ki, çalışmanın yaş həddinə çatmış məktəb direktorunun fəaliyyət müddətini uzatmaq mümkündür:

“Bunun üçün 2011-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi 180 nömrəli qərarda müəyyənləşdirilmiş meyarlar var. Həmin meyarlardan biri odur ki, məktəb direktorunun orden və medallarla təmin edilməsi, ölkənin fəxri adına layiq görülməsi və işlədiyi sahə üzrə elmi dərəcəsinin olması əmək müqaviləsinin artırılmasında stimullaşdırıcı rol oynayır. Bu meyarlar müqavilənin 5 ilə qədər artırılmasına səbəb olur. Ancaq bu o demək deyil ki, sadalanan meyarlar olmadıqda məktəb direktorlarının artırılmır”.

Sevinc

0