32 yaşında karyerasını bitirdi

ÖLKƏ
11:27 / 19.06.2024
144

Azərbaycan millisinin sabiq futbolçusu Ağabala Ramazanov karyerasını başa vurub.

HİT.az xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib:

“Mənim üçün çox ağır və üzücü olsa da, futbolçu kimi karyeramı bitirməyi qərara aldım və özümə yeni səhifələr açmağın vaxtı gəldiyini düşündüm. Məlum olduğu kimi çox ağır zədə keçirdim, şükürlər olsun ki, həyatdayam, ailəmin və sevdiklərimin yanındayam. Hər şeyin sonu olduğu kimi mənim futbolçu karyaram da burda bitdi. Milli komandada və klubda oynadığım bütün futbolçu dostlarım və azarkeşlər, hər birinizə təşəkkürümü bildirirəm. Hər kəsə uğurlar…”

Qeyd edək ki, 32 yaşlı Ramazanovun son klubu “Səbail” olub. O, ötən mövsümün gedişində ağır zədə almış, bu səbəbdən bir müddət futboldan kənarada qalmışdı.

0