Bakıda 6 övladı olduğunu deyən kişi körpəsi ilə dilənir - AÇIQLAMA

ÖLKƏ
15:45 / 19.06.2024
232

Bakıda metronun "Nizami" stansiyasının yaxınlığında qucağında körpə uşaqla dilənən kişi diqqət çəkib.

HİT.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. Belə ki, söhbət paytaxtın Cəfər Cabbarlı küçəsindən gedir.

Orta yaşlı kişinin qucağında körpə uşaqla hər gün saat 22-23 radələrində bura gələrək, diləndiyi iddia edilir.

İlkin məlumatlara görə, o, onunla maraqlananlara 6 övladının olduğunu və onları dolandırmaq üçün hər gün 6 aylıq körpəsi ilə bura dilənməyə çıxdığını deyir.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fakt nəzarətə götürülüb:

"Aidiyyəti qurumların əməkdaşları ilə birlikdə məsələ araşdırılır".

0