Qızlara nalayiq suallar verən azərbaycanlı fenomen tutuldu

ÖLKƏ
14:41 / 19.06.2024
294
Türkiyənin İstanbul şəhərində "Instagram” sosial media platformasında çəkdirdiyi videolarda gənc qızlara mikrofon uzadıb nalayiq suallar verən "Cekaxs” ləqəbli şəxs saxlanılıb.
 
Lent.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən "ədəbsiz nəşrlərin dərcinə vasitəçilik etmək” ittihamı ilə başlanan istintaq çərçivəsində saxlanılan Azərbaycan əsilli Cavid Ələkbərov "etdiyinin cinayət olduğunu bilmədiyini” iddia edib.
 
Ələkbərov qeyd olunan cinayətə görə, saxlanılaraq həbsxanaya göndərilib. Hakim qərarında şübhəlinin yaydığı bütün nəşrlərin ədəbsiz məzmun daşıdığını və cəmiyyətin mənəvi dəyərlərinə sarsıdıcı təsir etdiyini qiymətləndirib.
 

0