“Bələdiyyə məktəblərinin yaradılması gündəmdədir. Bununla da dövlətin yükü azalacaq”.
Bu sözləri Hit.az-a təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, bələdiyyələrin nəzdində kifayət qədər inzibati bina var. Bu binalar sayəsində Bakı və Abşeronda müşahidə olunan şagird sıxlığının qarşısı alınacaq:
“Bələdiyyə məktəblərinin olması təhsil müəssisələri arasında rəqabəti artıracaq. Həmçinin, özəl məktəblər arasında da rəqabət mühiti yaranacaq. Yeni qaydalara əsasən 500-ə yaxın bələdiyyə olacaq. Hesab edirəm ki, şagird sıxlığı olan ərazilərdə bələdiyyə məktəblərinin olması bir çox problemlərin qarşısını alacaq”.
Sevinc