Dükanlarda qalan boyat çörəklərin aqibəti

18:45 / 21.06.2024
207

Hazırda ölkədə müxtəlif çeşiddə, adda kifayət qədər çörək məhsulu hazırlanır və istehlakçının ixtiyarına verilir. 

Məlumdur ki, dükan və marketlərdə satılmayan çörəklər olur. Insanları ən çox maraqlandıran satılmayan çörəklərin sonrakı taleyidir.

Məlumata görə həmin çörəklər yenidən emal olunaraq çörək kimi hazırlanır.

Dietoloq Leyla Sariyeva Hit.az-a deyib ki, boyat məhsulun xəmirə qatılması doğru deyil:

"Boyat çörəklərin xəmirə qatılıb-qatılmadığını laboratoriya analizi vasitəsilə aşkara çıxarmaq mümkündür. Boyat çörəklərin xəmirə qatılması məhsulun tamında bilinmir. Bunu yalnız mütəxəssis bilirlər. Çörək bişiriləndə ətirinin olmaması unun keyfiyyətində olan problemlə bağlıdır. Bütün qida məhsullarında əsas amil xammalın keyfiyyətindən asılıdır. Xammal keyfiyyətli olarsa, hazır məhsul da keyfiyyətli olur”.

Həmsöhbətimiz hesab edir ki, vaxtı keçmiş çörək heyvan yemi kimi satılır. Heyvandarlıqla məşğul olanlar quru, boyat çörəkləri alır.

Sevinc

0