Əlverişsiz hava şəraiti ilə əlaqədar qabiliyyət imtahanının vaxtı dəyişdi

ÖLKƏ
16:03 / 22.06.2024
189

Bu gün səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika Stadionunda Bədən tərbiyəsi və idman istiqamətinə aid 62-ci komissiya üzrə xüsusi qabiliyyət imtahanı verməli olan abituriyentlərin imtahan vaxtı əlverişsiz hava şəraiti ilə əlaqədar iyunun 30-na keçirilib.

HİT.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, iştirakçıların "İmtahana buraxılış vərəqəsi" onların şəxsi səhifələrinə yerləşdirilib.
Abituriyentlər imtahana gələrkən yeni tarixə uyğun çap etdikləri "İmtahana buraxılış vərəqəsi", şəxsiyyəti təsdiq edən sənədin əsli və 086U formalı sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.

0