Demoqrafiyaya təsir edən təhsilimiz...

ÖLKƏ
20:40 / 05.07.2024
289

Bir müəllim qonşum var. Universiteti də, magistraturanı da fərqlənmə diplomu ilə bitirib, ailə qurub, Bakıda yaşayır. Yaşı qırxa çatıb. Uzun müddətdir imtahan verir ki, Bakıda işə düzəlsin, amma alınmır. 

Yığdığı balla Ağdaş rayonun ucqar kəndlərindən birinə təyinat alıb. Bu  gözəl müəllim  hər həftə ailəsini Bakıda atıb, Ağdaşa fizika dərsi verməyə gedirdi. Həftədə iki gün dərs üçün yollara tökdüyü pul maaşından çox  çıxırdı. Üstəlik , evdə qoyub getdiyi uşaqları da pərişan halda. İş yerini itirməmək üçün üçüncü övlad dünyaya gətirib , analıq məzuniyyətinə çıxdı. 

İndi uşağının 3, özünün 43 yaşı  var və yenidən hamilədir. Deyir nə edim,  iş yerimi itirməmək üçün məcburam yenidən uşaq dünyaya gətirəm. İmtahan verirəm, Bakıya düşə bilmirəm, analıq məzuniyyətimin də vaxtı bitib.

Qonşumun dediyinə görə, indi bir çox ailəli müəllimlər bu üsula əl atırlar. Kənd məktəblərində müəllim çatışmasa da ölkədə uşaq sayı artır. Təhsil sistemimiz bir başa demoqrafiyaya təsir göstərir. Gülməli deyilmi?

Murad

0