Uşaqları dənizə apararkən ehtiyatlı olun

ÖLKƏ
19:58 / 05.07.2024
288

İsti yay günlərində valideynlər övladını dənizə, hovuza aparır. 

Uşaqlarla dənizə gedərkən  hansı qaydalara əməl etmək lazımdır? Dənizdə uşaqlar üçün nə qədər təhlükəlidir?

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşaqları dənizə aparmamışdan öncə kremdən istifadə etmək mütləqdir:

 “Krem ən azından yanıqların qarşısını ala bilər.Əsas SPF 30 olan kremlərdən istifadə uşaqlarda məqsədə uyğundur. 1 yaşa qədər olan uşaqlarda isə tövsiyyə edərdim ki, xüsusi hava ilə doldurulan hovuzlardan istifadə etsinlər. Hovuz su ilə doldurulsun, içərisinə apteklərdə uşaqlar üçün satılan dəniz duzu əlavə edilsin. Hər bir dəniz duzunun üzərinə istifadə qaydası yazılır. Bu qaydalara müvafiq olaraq, uşaqlar suda 15-20 dəqiqə ərzində günəş vannası qəbul edə bilərlər. Eyni zamanda dəniz duzu ilə zənginləşdirilmiş su uşaqların orqanizminə müsbət təsir göstərir. Həm tərləməni azaldır, həm də yuxunu yaxşılaşdırır, dəridə pişməcə səpkiləri varsa, onlara da kömək etmiş olur”.

Sevinc

0