Qonşu qonşuya nə qədər dözməlidir? - Qanun nə deyir

ÖLKƏ
19:18 / 15.08.2024
267

“Biz gecəqondu evlərdə yaşayırıq. Məhəlləmizdəki bütün evlər sənədsiz, yəni gecəqondu evlər sayılır. Baxmayaraq ki, burada artıq  20 ildən çoxdur yaşayırıq. Problemimiz qonşuların bir- birlərinə və küçəmizə vurduğu ziyandır. Pintilik, çirkab suları, küçəyə atılan tullantılar, mal-heyvan bəsləyən qonşuların tövləsindən gələn pis qoxu... Daha hansını sayaq. Qanunla qonşu qonşuya bu şəkildə ziyan verirsə, bu necə tənzimlənməlidir?

İzləyicimizdən gələn bu şikayətə Hit.az-ın “Hüququzu bilək” rubrikasında vəkil Elvin Babayev cavab verib:

“Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməli, ilk növbədə qonşunun hüquqlarına hörmət eləməlidir.Qanunla, qonşuları işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərə məruz qoymaq qadağandır. Qanunda qonşu təsirinə dözmək vəzifəsi müəyyən edilib. Amma o halda ki, bu təsir qonşu hansısa təmir tikinti işi apararkən müvəqqəti yaranır. 
Qonşu edilən xəbərdarlqıdan sonra digər qonşuya zərər verən hərəkətləri dayandırmır, onun hərkətləri başqa qonşuları və şəhərdə yaşayış qaydalarını pozursa , bu qanunla tənzimlənməli, cərimə və kompensasiyalarla müşaiyət olunmalıdır".

Murad


 

0