"Bəziləri türk əlifbası fikrindən qorxurlar" - Siyasətçi

ÖLKƏ
20:58 / 13.09.2024
203

“İllərdir mən “Turan birliyi yaradılacaq” deyəndə bəziləri bunu xəyal, məni isə xəyalpərvər hesab edirdi. Artq bu bir reallıqdır. Yeni dünya Turan dünyası olacaq.”

Bu fikirləri Hit.az-a siyasətçi, Liberal partiyasının sədri Əvəz Temirxan səsləndirib:

“Ortaq türk əlifbası yaradıldı. Sentyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan “Türk Dünyası Ortaq Əlifba Komissiyası”34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzərində ümumi razılıq əldə olunub. Ortaq Türk Əlifbasının qəbul edilməsi ilə bağlı məsələyə türk dövlətlərinin parlamentləri də münasibət bildirəcək. 98 il bundan öncə Ortaq Türk Əlifbası ilə bağlı ilk müzakirələr də məhz Bakıda baş tutmuşdu. 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakıda Birinci Türkoloji Qurultay keçirilmişdi. Buna görə, Bakı türk əlifbasının beşiyidir, deyən siyasətçi bildirib ki, ortaq əlifba ilə yekun siyasi qərar 2026-cı ildə Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısında veriləcək.

"Dünya bunu qəbul edib. Amma türk ola-ola bəzi rusbaşlarımız qəbul etmir, türk əlifbasından qorxurlar", deyə Əvəz Temirxan qeyd edib.

Murad

0