Beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Toğrul Xəlilov yeni vəzifəyə təyin olunub.
HİT.az xəbər verir ki, o, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təhsil” Respublika İdman Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Toğrul Xəlilov beşinci “Yüksəliş” müsabiqəsinin qaliblərindən biridir.
O, yeni vəzifəsində fəaliyyətinə başlayıb.


