Harri Şahzadə Diana haqqında film çəkmək istəyir

DÜNYA
17:20 / 22.09.2026
42

Sasseks hersoqu, şahzadə Harri anası — Uels şahzadəsi Diana ilə bağlı sənədli film çəkməyi planlaşdırır. 

HİT.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Şahzadə Harri filmin nümayişini Diananın vəfatının 30-cu ildönümünə təsadüf etdirmək istəyir. Diana 31 avqust 1997-ci ildə vəfat edib. Britaniya kral ailəsinin üzvü hesab edir ki, sənədli film vasitəsilə anasının irsinə "ən əhəmiyyətli şəkildə" ehtiramını ifadə edə bilər.

Nəşrin məlumatına görə, Harri Diananın dostları və qohumları, o cümlədən onun qardaşı, Spenser qrafı ilə əlaqə saxlayaraq onların sənədli filmdə iştirak etməyə razı olub-olmayacağını soruşub. Mənbənin sözlərinə görə, filmin çəkilməsi ilə bağlı hələ yekun qərar qəbul edilməyib. Hazırda şahzadə anasının xatirəsini necə yad edə biləcəyi ilə bağlı bir neçə variantı nəzərdən keçirir.

Mənbələr bildiriblər: "Heç nə yekun olaraq qərarlaşdırılmayıb və təsdiqlənməyib. O, hələ də bu mühüm ildə onun xatirəsini ən mənalı şəkildə necə yad edə biləcəyini düşünür".

Sentyabr ayında "Daily Star" nəşri iddia edib ki, şahzadə Uilyam əmisi — Spenser qrafı Çarlzın yeni kitabının nəşrindən sonra "qəzəbdən özündən çıxıb".

"Swan Song" adlı memuarlarda kral ailəsinə qarşı yeni ittihamlar yer alıb. Kitabda, xüsusilə, Kral III Çarlzın şahzadə Diananın ölümündən sonra sanki "lotereyada qalib gəlmiş" kimi danışdığı və guya dünyanın tezliklə onu unudacağını bildirdiyi iddia olunur.

Samir

0