AP deputatı: Ukrayna Avropanın təhlükəsizliyi üçün ABŞ qədər vacibdir

DÜNYA
17:45 / 22.09.2026
41

Ukrayna Avropanın təhlükəsizliyi üçün ABŞ qədər əhəmiyyətlidir. 

HİT.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatı Rasa Yuknyaviçene "Ukrinform"a müsahibəsində bildirib.

"Mənim üçün və ətrafımdakı bir çox insan üçün Ukrayna Avropanın təhlükəsizliyində ABŞ qədər mühüm rol oynayır. Hər iki tərəf müxtəlif yollarla olsa da, həlledici əhəmiyyətə malikdir", – Yuknyaviçene deyib.

Onun sözlərinə görə, ABŞ-ın əhəmiyyəti Avropa İttifaqında olmayan kosmik kəşfiyyat və digər texnologiyalar sahəsində unikal imkanları ilə bağlıdır. Ukraynanın əhəmiyyəti isə müdafiə sahəsindəki təcrübəsi ilə əlaqədardır. Avropa Parlamentinin deputatı hesab edir ki, Kiyev gələcək təhlükəsizlik arxitekturasının əsas elementlərindən birinə çevriləcək.

Bundan əvvəl Ukraynanın Şimali Atlantika Alyansındakı səfiri Alyona Hetmançuk bildirib ki, gələcəkdə Ukrayna Silahlı Qüvvələri hazırda ABŞ tərəfindən təmin edilən NATO-nun bəzi müdafiə imkanlarını əvəz edə bilər. O qeyd edib ki, NATO-nun ötən sammitində Ukrayna "təhlükəsizliyə töhfə verən tərəf" kimi tanınıb. Səfirin fikrincə, bu, hərbi alyansda Ukraynanın təşkilatın imkanlarını gücləndirmək potensialının görüldüyünü göstərir.

Samir


 

0