Azərbaycanlı iş adamı Türkiyədə vəfat etdi

ÖLKƏ
10:25 / 16.11.2026
39

Rusiyada yaşayan iş adamı vəfat edib.

HİT.az oxu.az-a istinadən xəbər verir ki, əslən Gəncə şəhərindən olan biznesmen, 1960-cı il təvəllüdlü Saləddin Məmmədov uzun illər Rusiyanın Sankt-Peterburq şəhərində bizneslə məşğul olub.

Onun adıçəkilən şəhərdə onlarla ticarət obyektinin olduğu bildirilir. Saləddin Məmmədov bir neçə il əvvəl ağır xəstəliyə yoluxub.

Müalicələrə baxmayaraq, iş adamı noyabrın 14-də Türkiyədəki klinikalardan birində dünyasını dəyişib.

İş adamı dünən Gəncə şəhərində dəfn olunub.
 

0