Ağsuda xəstəxanada mübahisə ölümlə nəticələndi - Təfərrüat

14:50 / 10.06.2020
1282

İyunun 10-u səhər saatlarında Ağsu rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

HİT.Az xəbər verir ki, Cebhe.info-ya daxil olan məlumata görə, 1978-ci il təvəllüdlü Süleymanov Valeh Tapdıq oğlu xəstəxananın qeydiyyat bölməsində növbə zamanı qeydiyatçı operatora yavaş işləməsi barədə iradını bildirib və əsəbləşib.

Keçirdiyi stressdən narahat olan, epilepsiya xəstəsi V.Süleymanov qəfil yerə yıxılaraq özündən gedib. Həkimlərin müdaxilə etməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Digər məlumata görə, qeydiyyat şöbəsindən əvvəl o, mühafizə xidməti ilə də mübahisə edib.

1