İrina Şeyk Kendall Cennerin keçmiş sevgilisi ilə münasibətdə şübhəli bilinir

MAQAZİN
18:18 / 27.07.2026
46

Supermodel İrina Şeykin model Kendall Cennerin keçmiş sevgilisi, NBA ulduzu Devin Bukerlə münasibətdə olduğu barədə iddialar yayılıb. 

HİT.az xəbər verir ki, bu barədə məşhurlar haqqında xəbərlər paylaşan "Deuxmoi" "Instagram" səhifəsində məlumat verib.

Məlumata görə, şahidlər 26 iyul tarixində İrina Şeyki ABŞ-ın Hemptons bölgəsində yerləşən restoranlardan birində Devin Bukerlə birlikdə görüblər. Bununla belə, sosial şəbəkələrdə onların birlikdə çəkilmiş fotoları yayılmayıb. Nə Şeyk, nə də Buker yayılan söz-söhbətlərə münasibət bildirib.

İrina Şeyk 2017-ci ildə Hollivud aktyoru Bredli Kuperdən Lea adlı qız övladı dünyaya gətirib. Cütlük rəsmi nikahda olmayıb və 2019-cu ildə ayrılıb. Həmin dövrdə Kuperin "Ulduz doğulur" filminin çəkilişləri zamanı tanış olduğu müğənni Ledi Qaqa ilə münasibətdə olduğu barədə iddialar geniş müzakirə edilmişdi.

2023-cü ilin iyununda isə İrina Şeyk Amerika futbolunun əfsanəvi oyunçusu Tom Bredi ilə birlikdə görüntülənmişdi. Münasibətlərini ictimaiyyətə açıqlamasalar da, paparassilər onları dəfələrlə birlikdə lentə almışdı. Cütlük bir müddət ayrıldıqdan sonra 2025-ci ilin martında yenidən bir araya gəlsə də, sonradan münasibətlərinə yenidən son qoyub.

Bu yaxınlarda supermodel böyük bacısı Tatyana, onun üç övladı və qızı Lea ilə birlikdə Mərakeşdə istirahətindən fotolar paylaşıb. Şəkillərdən birində o, qızılgül ləçəkləri ilə doldurulmuş vannada çılpaq vəziyyətdə poz verib. Model fotoda açıq saçlarla və makiyajsız görüntülənib.

Samir

0