Bacısı danışdı, Manaf ağladı (VİDEO)

ÖLKƏ
12:24 / 13.05.2020
1494

Müğənni Manaf Ağayev ATV-nin canlı efirində göz yaşlarını saxlaya bilməyib.  “Şou ATV” proqramına qonaq olan sənətçi bacısı barədə təqdim olunan süjeti izləyərkən ağlayıb.

Görüntülərdə ifaçının bacısı M. Ağayevlə 16 il yataqxanada yaşadığını, ana və bacılarının xərçəng xəstəliyindən dünyasını dəyişdiyini bildirib:

“Mən Manafa çox bağlıyam. Elə bil ki, döyünən ürəyim odur. Mənə deyir ki, yeməyin dadı, səsin anamınkına oxşayır. Qardaşlarımın hamısı yaxşıdır, amma Manaf kimisi tapılmaz”.

Müğənni göz yaşı tökərək çəkilişin ondan xəbərsiz aparıldığını qeyd edib.

6
Qafqazinfo.az