İki həftəlik sərt karantinə görə 190 manat veriləcək? - Açıqlama

ÖLKƏ
11:33 / 19.06.2020
5005

“Zərurət yanadıqda nazirlik bu barədə açıqlama verəcək”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov iki həftəlik sərt karantin günlərinə görə işsizlərə 190 manat verilməsi məsələsinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıdaxüsusi məhdudiyyətlər tətbiq olunacaq. Həmin müddətdə ictimai iaşə obyektləri, bərbərxana və gözəllik salonları, kafe və restoranlar, yerində xidmət dayandırılacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva çıxışı zamanı deyib ki, iki həftəlik sərt karantin rejimində 190 manat birdəfəlik ödənişlə bağlı məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aydınlıq gətirəcək.

4