Tələbat artdı, bazarda pomidor bahalaşdı - QİYMƏTLƏR

ÖLKƏ
17:00 / 25.08.2026
244

Yayın son həftələrinin yaşanması ilə əlaqədar yerli bazarlarda böyük canlanma müşahid olunur. 

Xüsusilə qış mövsümünə hazırlıq məqsədilə ev şəraitində konservləşdirilmiş məhsul, şoraba, salat və kompot bağlamaq istəyən alıcıların sayında kəskin artım qeydə alınır. Alıcıların qışlıq tədarük siyahısında ilk sıralarda dayanan pomidora olan tələbatın birdən-birə yüksəlməsi isə daxili bazarda təklif-tələb balansına birbaşa təsir edərək qiymətlərin bahalaşmasına gətirib çıxarıb.

Bəs bazarda pomidor neçəyədir?

Hit.az-ın əməkdaşı bazarda pomidor qiymətləri ilə maraqlanıb.

Aparılan bazar müşahidələrinə əsasən, hazırda satışda olan pomidorun qiyməti məhsulun növünə, təravətinə, eləcə də topdan və ya pərakəndə satılmasına görə dəyişir. Qışlıq hazırlıq üçün adətən bol miqdarda məhsul alan və topdansatışa üstünlük verən vətəndaşlar üçün pomidor daha çox yeşiklərlə təklif olunur. 

Hazırda bir yeşik pomidorun qiyməti bazarda 9 manatdan 12 manata qədər dəyişir. Bir yeşikdə təxminən 15-16 kiloqram məhsul olduğunu nəzərə aldıqda, bu üsul böyük həcmdə tədarük görənlər üçün nisbətən daha sərfəli hesab edilir.

Pərakəndə satış nöqtələrində və çəki ilə alanlar üçün isə qiymətlər fərqli diapazondadır. Kiloqramla satılan pomidorun qiyməti hazırda orta hesabla 60-70 qəpik arasında dəyişir. Bununla belə, məhsulun keyfiyyətindən, ölçüsündən və təqdim olunduğu satış məkanından asılı olaraq pomidoru bu qiymətdən daha yuxarı qiymətə təklif edən satıcılara da az rast gəlinmir.

Satıcılar bildirirlər ki, avqust ayının sonları və sentyabrın əvvəlləri qışlıq tədarükün pik dövrü hesab olunduğu üçün bazarlarda alıcı sıxlığı maksimum həddə çatır. Tələbatın bu dərəcədə yüksək səviyyədə qalması fonunda pomidorun qiymətindəki artımın bir müddət də saxlanılacağı və mövsümün sonuna doğru tələbat azaldıqca sabitləşəcəyi ehtimal olunur.

Pərviz

0