Tayvan prezidenti Lay Tsin De Çindən gələn təhdid fonunda 210 min hərbi pilotsuz uçuş aparatının (PUA) alınmasını dəstəkləyir.
HİT.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, bunun üçün altı il müddətinə 6,6 milyard dollar (210 milyard Tayvan dolları) həcmində büdcənin qəbul edilməsi təklif olunur. Lay Tsin Denin sözlərinə görə, Ukraynada və Yaxın Şərqdə gedən münaqişələrdə döyüş PUA-larının müasir müharibədə əhəmiyyətini nümayiş etdirməsi nəzərə alınaraq, onların alınması təxirə salına bilməz.
“Bu, yalnız milli müdafiənin gücləndirilməsi məsələsi deyil, həm də Tayvanın özünümüdafiə məsələsində qətiyyətini nümayiş etdirən mühüm addımdır”, deyə prezident bildirib.
Lay Tsin Denin sözlərinə görə, adanı öz ərazisi hesab edən Çinin yaratdığı təhdid şəraitində PUA-lar münaqişənin gərginləşməsi halında müqavimət göstərmək üçün son dərəcə vacibdir.
Avqustun əvvəlində “The Wall Street Journal” ABŞ hərbçilərinin döyüş təcrübəsini Tayvanla bölüşdüyünü və adanın Çinlə mümkün qarşıdurmaya hazırlığını artırdığını yazmışdı.
Samir


