Rusiyada 3000-dən çox hərbçi koronavirusa yoluxdu

DÜNYA
16:25 / 17.05.2020
1059

Rusiya Müdafiə Nazirliyi orduda koronavirusa yoluxma halları ilə bağlı statistikanı yeniləyib.

Vesti.ru xəbər verir ki, 15 may tarixinə qədər 3300 hərbi personalda və kursantda koronavirus aşkarlanıb.

Bildirilib ki, son dövr ərzində hərbi təhsil ocaqlarında çalışan 118 mülkü şəxsdə, 118 hərbçidə, kursant və müəllimlər arasında 916 nəfərdə aparılan testlərin cavabı pozitiv çıxıb.

Hazırda iki əsgərin vəziyyəti ağırdır.

0
Publika.az