Prezident dövlət şirkətlərindən narazılıq etdi

ÖLKƏ
16:41 / 06.08.2020
1130

"Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür". 

HİT.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bugünkü müşavirədə çıxışı zamanı deyib. Bildirib ki, bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi. Ancaq bu, yoxdur. 

"Çünki birinci növbədə onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranıbdır".

0