DÜNYA
18:51 / 19.05.2020
1377

Suriyada müharibə bitir?

Vətəndaş müharibəsi və xaosun təxminən 10 ildir bitmədiyiSuriyada sülhə doğru bir addım atılıb. Birləşmiş Millətlər Təşkilatının Suriya xüsusi nümayəndəsi Geir Pedersen bu barədə açıqlama verib.


Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen, Suriyadakı Əsəd rejimi ilə birlikdə pandemiya prosesinin bitdiyi anda Cenevrədəki masada oturması ilə razılaşdığını açıqlayıb.


“Epidemiya bitdikdə, Suriya rəhbərliyi və müxalifət Cenevrədəki masada oturub konstitusiya üçün danışıqlar aparmaq barədə razılığa gəldilər”, - deyən Pedersen, illərlə davam edən qarşıdurmanın və müharibənin sona çatacağına işarə edib.


Belə ki, onlayn şəkildə jurnalistlərin suallarını cavablandıran Pedersen, bu görüşün tarixi ilə bağlı heç bir açıqlama verməyib və həmçinin də, bu görüşün video konfrans üsulu ilə keçirilə bilməyəcəyini vurğulayıb. “Yaşanan sakitlik, tərəflər arasındakı dərin etibarsızlıq hissi üçün bir fürsət ola bilər”, - deyə sonda Pedersen ifadə edib.

0
Cebhe.info