29 Aprel 2020-ci il tarixinədək Azərbaycandakı 30 bankın 27-si 2020-ci il 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja”nın araşdırmasına görə, 2020-ci ilin ilk rübünü, maliyyə göstəricilərini açıqlamış 27 bankdan 22-si xalis mənfəətlə, 5-i isə xalis zərər ilə başa vurub.
Maliyyə göstəricilərini açıqlamayan banklar AtaBank, Amrahbank və NBC Bank-dır. Mərkəzi Bank AtaBank və Amrahbank-ın lisenziyasını ləğv edib, NBC Banka isə müvəqqəti inzibatçı təyin edib.