Buraxılış və qəbul imtahanı birləşdirilsin - Deputatdan təklif

12:30 / 27.10.2020
738

Deputat Aqiyə Naxçıvanlı bu tədris ilində buraxılış imtahanı ilə qəbul imtahanlarını birləşdirməyi təklif edib.

APA-nın məlumatına görə, deputat bu təklifi Milli Məclisin bu gün keçirilən iclasında “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

O bildirib ki, hazırda yaranmış vəziyyətlə bağlı onlayn təhsilin davam etdirilməsində çox böyük çətinliklər var: “Buna görə də valideynlər tərəfindən mənə belə müraciətlər daxil olur. Mən də bu müraciətləri burada səsləndirirəm. Heç olmasa, bu tədris ilində bu təklif qəbul edilsin”.

2