Dünyada istifadə edilən kompüterlərin sayı AÇIQLANDI

TEXNO
22:55 / 06.04.2021
1770

"Gartner" analitik şirkəti yaxın illərdə istifadədə olan kompüter qurğuları bazasının davamlı artacağını proqnozlaşdırır. Dünya bazarının katalizatoru rolunda davam edən pandemiya çıxış edəcək.

Hit.az ictnews.az-a istinadən bildirir ki, proqnozda müxtəlif tipli fərdi kompüterlər (masaüstü kompüter, notbuk və ultrabuklar), planşetlər, eləcə də smartfonlar nəzərə alınıb.

Qiymətləndirməyə görə, ötən il qlobal miqyasda ümumilikdə 6,08 milyard qeyd olunan tipli qurğu istifadədə olub. Onun 4,3 milyardını smartfonlar təşkil edib. Masaüstü fərdi kompüter və noutbukların payı müvafiq olaraq 522 və 796 milyon ədədə bərabər olub. Daha 479 milyonu planşetlər təşkil edib.

2021-ci ildə istifadədə olan kompüter qurğularının sayının artacağı gözlənilir. Buna distansiyalı təhsil və məsafədən iş platformalarının inkişafı kömək edəcək.

Analitiklərin fikrincə, bu ilin yekunları üzrə istifadədə olan hesablama texnikasının bazası 6,22 milyarda çatacaq. Bu, 4,3 milyard smartfon, 495 milyon fərdi kompüter, 866 milyon noutbuk və 535 milyon planşet deməkdir.

2022-ci ildə artımın davam edəcəyi proqnozlaşdırılır: istifadədə olan kompüter qurğularının bazası 6,42 milyard ədədədək genişlənəcək.

0