Cavad Zərifin Bakı və Yerevan səfərlərinin PƏRDƏARXASI

SİYASƏT
12:07 / 27.05.2021
1885

İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif mayın 25-də Bakıya səfər etdi. Sonra o, Ermənistana səfər etdi.

Politoloq Elxan Şahinoğlu İran İslam Respublikası tərəfindən Azərbaycan və Ermənistana olan səfərlərin əsas mahiyyəti haqqında Modern.az-a danışıb. O, bu səfəri anlamsız hesab etdiyini bildirib:

“Bu səfəri çox anlamsız hesab edirəm. 18 İyun İranda prezident seçkiləri keçiriləcək. İran prezidenti Həsən Ruhani konstitusiya səbəbindən artıq namizədliyini irəli sürməyəcək. Cavad Zərifin də vəzifəsindən getməsi gözləniləndir. Bu səbəbdən bu səfəri “Sağollaşma səfəri” adlandıra bilərik. Səfərdən xüsusi bir nəticə çıxacağını gözləmək mənasızdır. Cavad Zərif Azərbaycan prezidenti İlham Əliyevi  müharibədə ki, uğuruna görə növbəti dəfə təbrik etdi. Lakin Ermənitanda nələr danışacağını bilmirik. Çünki İran dairələri adətən ikili siyasət həyata keçirirlər”.

Elxan Şahinoğlu İrana müəyyən suallarımızın olduğunuda vurğulayıb:

“Nəyə görə Tehran, Azərbaycan və Ermənistan sərhəddinin müəyyənləşməsindən narahatdır?

İranda bəzi şəxslər sərhədlərin heç vaxt dəyişdirilməyəcəyini  deyir. 30 il işğala göz yuman, məscidlərin dağıdılmasına seyirçi qalan İran indi deyir sərhədlər müəyyən edilə bilməz. Üstəlik öz sərhədlərinə nəzarət etmədən.

Hər dəfə İrandan narkokuryerlər bizim sərhəd də keçirlər.  Atəş açılır, sərhədçilərimizi öldürülür. Bu prosesə, son qoymaq çox vacibdir.

İrana veriləcək suallarımız çoxdur. Lakin bu suallar Cavad Zərifə verilsə də o suallara cavab verəcək məqamda deyil. Bir aydan sonra nazir postunda olmayacaq. Lakin bu suallar unudulmamalıdır ki, gələcəkdə seçiləcək prezident, xarici işlər naziri artıq Azərbaycanın nədən narazı olduğunu bilsin”.

0