Moskvaya iş üçün gedənlərə ŞAD XƏBƏR

İQTİSADİYYAT
13:40 / 03.06.2021
5270

Rusiyanın paytaxtı Moskvanın rəhbərliyi əmək miqrantları üçün icazələrin alınmasını sadələşdirəcək, çünki onların Rusiyaya girişindəki mövcud məhdudiyyətlər həddən artıqdır və paytaxtda kəskin işçi çatışmazlığı var.

Bunu Moskva merinin müavini Vladimir Yefimov deyib.

"Hesab edirik ki, əmək miqrantlarının ölkəyə girişinə qoyulan, hələ qüvvədə olan məhdudiyyətlər mövcud vəziyyətdə həddindən artıqdır. Bütün bunlar əmək mühacirlərinin əmək dəyərinin bu gün 30 % artmasına səbəb olub və işçi qüvvəsi çatışmazlığı davam edir. Ümid edirik ki, bu mexanizmlər də yaxın gələcəkdə sadələşdiriləcək", - deyə o bildirib.

Yefimov əlavə edib ki, federal səviyyədə fəaliyyət göstərən icazə proseduru çox mürəkkəbdir - bunu bütün işəgötürənlər və ilk növbədə inşaatçılar deyirlər.

0