Sabah iki idmançımız mübarizəyə qoşulacaq - Tokio-2020

İDMAN
23:29 / 26.07.2021
1006

Sabah “Tokio-2020” Yay Olimpiya Oyunlarının beşinci günündə Azərbaycanın iki idmançısı mübarizəyə qoşulacaq.

HİT.az xəbər verir ki, atletlərimiz idmanın 2 növündə güclərini sınayacaqlar.

Cüdo yarışlarının dördüncü günüdə bir idmançımız tatamiyə çıxacaq. 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq cüdoçumuz Murad Fətiyevin (81 kq) ilk rəqibi Frederik Harris (Sierra Leone) olacaq.

Kişi badmintonçuların fərdi yarışında mübarizə aparacaq təmsilçimiz Edi Reski Dviçayo L qrupunda çıxış edəcək. Qrup mərhələsinin birinci turunda badmintonçumuz Vyetnam idmançısı Tien Min Nguyen ilə qarşılaşacaq.

0