Rusiyanın amfibiya təyyarəsi Türkiyədə qəzaya uğradı: 8 nəfər öldü

DÜNYA
17:57 / 14.08.2021
1270

Türkiyənin Kahramanmaraş şəhərində meşə yanğınlarının söndürülməsi zamanı Rusiyaya məxsus "BE-200” amfibiya təyyarəsi qəzaya uğrayıb.

Qaynarinfo xəbər verir ki, Rusiyanın Ankaradakı səfirliyi "RİA Novosti"yə faktı təsdiqləyib.

Bildirilib ki, təyyarənin göyərtəsində 5 Rusiya hərbçisi, həmçinin 3 Türkiyə nümayəndəsi olub. Təyyarənin bütün ekipaj üzvləri həlak olub.

Rusiya Müdafiə Nazirliyinin hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün əraziyə komissiya göndəriləcəyi qeyd olunub.

Qeyd olunur ki, Türkiyənin Rusiyada icarəyə götürdüyü "Be-200" təyyarəsi Adana şəhəri yaxınlığında enərkən qəzaya uğrayıb. Gəmidə səkkiz nəfər ekipaj üzvü olub: beş Rusiya hərbiçisi və yanğınların söndürmə mərkəzlərini göstərən üç Türkiyə nümayəndəsi.

Qeyd edək ki, təyyarə Muğla vilayətində yanğınların söndürülməsinə cəlb olunmuşdu. Yanğının söndürülməsinə başlandıqdan sonra təyyarə ilə əlaqə kəsilib, layner su götürdükdən sonra istənilən hündürlüyü yığa bilməyib və qayalara çırpılıb.

0