Məşhur britaniyalı yazıçı vəfat etdi

DÜNYA
19:49 / 20.08.2021
743

Məşhur britaniyalı yazıçı və uşaq kitablarının illüstratoru Cill Mörfi 72 yaşında vəfat edib.

Hit.az-ın BBC-yə istinadən məlumatına görə, yazıçı xərçəngdən dünyasını dəyişib.

Qeyd edək ki, onun 17 yaşında yazdığı məşhur “Worst Witch” (Ən pis ifritə) kitabı qısa müddətdə oxucuların sevimlisinə çevrilmişdi. Sözügedən kitab əsasında müxtəlif illərdə film və tamaşalar da hazırlanıb.

0