Mahir Emreli qol vurdu, hakim qeydə almadı - "Legiya" uduzdu

İDMAN
21:40 / 29.08.2021
1565

Polşa çempionatında VI turun oyunları keçirilib.

HİT.az xəbər verir ki, Mahir Emrelinin çıxış etdiyi "Legiya" "Visla"nın qonağı olub. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda iki qol vuraraq komandasına qrup vəsiqəsi qazandıran millimizin futbolçusu start heyətində yer almayıb. Futbolçumuz 46-cı dəqiqədə meydana çıxan Mahir 66-cı dəqiqədə qol vurub. Amma hakim VAR-a gedib və qayda pozuntusu qeydə alaraq qolu saymayıb.

Qeyd edək ki, "Legiya" 4 oyundan sonra 6 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. "Visla" isə 10 xalla 3-cü pilləni tutur.

0